Moskvalı "Ukraynapərəst" saçlara görə 30 min cərimələndi...

Moskva məhkəməsi saç düzümü Ukrayna üçün kampaniya aparan yerli sakin Stanislav Netosovu 30 min rubl cərimələyib. Netosovun saçları bir neçə parlaq rəngə boyanıb, onların arasında sarı və mavi rənglərin birləşməsi var - Rusiyanın müharibə apardığı Ukraynanın dövlət bayrağının rəngləri.

SİA-nın əldə etdiyi məlumata görə, məhkəmə onu Rusiya ordusunun gözdən salınması maddəsi ilə təqsirli bilib.

Deməli, Netosov aprelin 28-də oğurluq faktı ilə bağlı ərizə vermək üçün polisə gələrkən barəsində inzibati protokol tərtib edilib. Ötən gün naməlum şəxslər onu küçədə döyərək mobil telefonunu əlindən alıblar. Bununla belə, polis Netosovun özünün “diskreditasiyada” günahkar olduğuna bəyan edib.\

Protokolda bildirilib ki, Netosov Daxili İşlər Nazirliyinin foyesində “Ukrayna Respublikasının dövlət bayrağı ilə üst-üstə düşən sarı və göy rəngli zolaqlarla boyanmış saçlar şəklində əyani təbliğat vasitəsi nümayiş etdirib”.

Polis ona hərbi komissarlığa çağırış vərəqəsini verib və söz verib ki, “doğma torpağını səngərdə öpəcək”.

“Sota”nın yazdığına görə, Netosov məhkəmədə iştirak etməyib. O, əvvəllər bəyan etmişdi ki, nə Ukraynanı, nə də Rusiyada müharibə adlandırılan “xüsusi hərbi əməliyyatı” dəstəkləmir və 2017-ci ildən saçlarını parlaq rənglərə boyadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə