Mbappe kumirinin portreti üçün sərvət ödədi - FOTO

PSJ-nin futbolçusu Kilian Mbappe diqqət mərkəzinə düşüb. SİA xəbər verir ki, o, Parisdə keçirilən hərracda iştirak etməklə gündəmə gəlib.

Hərracda çoxsaylı qiymətli əşya satışa çıxarılıb. Tədbirin əsas hissəsi Mbappenin iştirakı ilə baş tutub.

O, Pelenin 2023-cü ildə çəkilmiş portretini alıb. Aleksandr Xoparenin əsərinin başlanğıc qiyməti 5 min avro müəyyən edilib. Lakin bu əsərə olan maraq təşkilatçıların gözləntilərini üstələyib.

Əfsanəvi futbolçunun portreti üçün Kilian ilə yanaşı Paris klubunun digər üzvü Əşrəf Hakimi də daxil olmaqla 5 alıcı yarışıb. Yekunda Fransa millisinin forvardı üstün olub. "Le Parisien"in məlumatına görə, o, Pelenin portretinə görə 520 min avro ödəyib.

Bu əsər Mbappe üçün olduqca vacib olduğu üçün belə böyük vəsait xərcləyib. 25 yaşlı hücumçu həmişə kumiri olan Pele ilə xüsusi münasibət qurmaq arzusunda olub. Onlar 2019-cu ildə məşhur saat brendinin təşkil etdiyi tədbir zamanı tanış olsalar da, münasibətləri elə də irəliyə getməyib. Pele 2022-ci ilin son günlərində vəfat etdiyi üçün Kilianın arzusu reallaşmayıb.

Qeyd edək ki, auksiondan əldə edilən bütün vəsait xeyriyyə məqsədi ilə xərclənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə