ABŞ Rusiyaya zərbə endirmək üçün tramplin hazırlayır..?

Deyilənlərə görə, birinci mərhələdə Gürcüstanda dövlət çevrilişi ediləcək..?

...ABŞ Rusiyaya zərbə endirmək üçün tramplin hazırlamağı planlaşdırır. Məhz elə bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsi Gürcüstanda dövlət çevrilişi hazırlayır,

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bildirib.

Consonun “Judging Freedom” YouTube kanalında dediyi kimi, Qərb Gürcüstanda rəngli inqilabı üçqat artırmaq istəyir ki, ölkənin yeni hökuməti onun tam nəzarəti altında olsun.

O xatırladıb ki, Tbilisidə keçirilən son etiraz aksiyalarında Avropa ölkələrinin nümayəndələri iştirak ediblər.

Ekspert qeyd edib ki, Rusiya, Çin və ya Macarıstanın xarici işlər nazirləri ABŞ-da Donald Trampı dəstəkləmək üçün mitinqə gəlsələr, Ağ Ev bunu daxili işlərə hədsiz müdaxilə adlandıracaq.

Qeyd edək ki, Gürcüstan parlamenti bu yaxınlarda müxalifətin etirazına baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib.

Ölkə prezidenti Salome Zurabişvili qanuna veto qoyub və onu “Rusiya” və “konstitusiyaya zidd” adlandırıb.

Yeri gəlmişkən, gürcü prezidentin vetonunu ləğv etmək üçün parlamentin sadəcə olaraq səs çoxluğu lazımdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə