Acun Ilıcalı "Fənərbağça"ya 10 milyon avro borcludur - ŞOK İTTİHAM!

Acun Ilıcalı "Fənərbağça"ya 10 milyon avro borcludur - ŞOK İTTİHAM!

"Fənərbağça" prezidenti Aziz Yıldırım klubun ümumi yığıncağında Acun Ilıcalı ilə bağlı açıqlama verib. O, "Exxen"in yayım hüquqlarından "Fənərbağça"ya 10 milyon avro borcunun qaldığını bildirib.

Bu məlumatı "Nefes" agentliyi yayıb. A. Yıldırımın sözlərinə görə, ödənişin aprelin 15-də ediləcəyi bildirilsə də, bu baş verməyib. O, borcun sabah ödəniləcəyinin deyildiyini qeyd edib.

"Acunu da deyim, içim rahatlasın. "Exxen"in yayım hüquqlarından 10 milyon avro borcu qalıb. Aprelin 15-də ödəyəcəklərini dedilər, ödəmədilər. Sabah ödəyəcəklərini deyiblər. Ödəsələr, təşəkkür edərik", - Yıldırım bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə