Ankarada yüzlərlə sayt BLOKLANDI

Ankarada yüzlərlə sayt BLOKLANDI

Türkiyənin Ankara vilayətində qanunsuz mərc, dələduzluq və əxlaqsız məzmunlu paylaşımlarla bağlı yüzlərlə internet resursuna giriş bloklanıb.

Məlum olub ki, Ankarada sentyabrın 21-dən 27-dək aparılan virtual patrul və açıq mənbə araşdırmaları çərçivəsində 760 sosial media hesabı və URL ünvanı araşdırılıb.

Qanunsuz mərc oyunlarına şərait yaratdığı müəyyən edilən 341, fişinq yolu ilə dələduzluq etdiyi aşkarlanan 6 və əxlaqsız məzmunlu paylaşımlar edən 70 internet saytı barədə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna məlumat verilib və həmin resurslara giriş məhdudlaşdırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə