Məktəb, bağça və xəstəxanaların qarşısında sürət həddinin azaldılması üçün hansı tədbirlər görülməlidir? - EKSPERT

Məktəb, bağça və xəstəxanaların qarşısında sürət həddinin azaldılması üçün hansı tədbirlər görülməlidir? - EKSPERT

"Bağçalar, məktəblər və xəstəxanalar ictimai məkanlar olduğu üçün həmin ərazilərdə nəqliyyatın hərəkət sürətinin azaldılması vacib məsələlərdən biridir. Xüsusilə məktəb və bağça kimi insanların daha çox olduğu ərazilərdə yüksək sürətlə hərəkət etmək yol qəbuledilməzdir".

Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bu səbəbdən həmin məkanlarda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi zəruridir:

"İnfrastruktur baxımından digər mühüm məsələ səs siqnallarından istifadənin məhdudlaşdırılmasıdır. Səs siqnalları yaşayış məntəqələrində, xüsusilə məktəb, bağça və digər ictimai obyektlərin yerləşdiyi ərazilərdə səs-küyün artmasına səbəb olur. Bu isə şəhər mühitinə və insanların rahatlığına mənfi təsir göstərir.

Digər tərəfdən, nəqliyyat vasitələri arasında ümumi balansın qorunması və hərəkət axınlarının düzgün tənzimlənməsi də vacibdir. Müxtəlif nəqliyyat vasitələrinin hərəkəti arasında müəyyən qaydalar və balans təmin edilməlidir. Bu baxımdan nəqliyyat axınlarının idarə olunması, onların intensivliyinin və hərəkət istiqamətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır.

Xüsusilə ictimai əhəmiyyəti yüksək olan ərazilərdə nəqliyyatın hərəkəti müəyyən qaydalar çərçivəsində təşkil edilməli, təhlükəsizlik və ümumi balans qorunmalıdır. Bu ərazilərdə hər kəsin istədiyi şəkildə və istənilən sürətlə hərəkət etməsinin qarşısını almaq üçün müvafiq nəqliyyat təşkilinin qurulmasına ehtiyac var".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə