Azərbaycan Banklar Assosiasiyasından SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, müştərilərin eyni bankdan əlavə ödəniş kartı əldə etməsi müəyyən hallarda mümkün olacaq.
Qeyd olunub ki, bunun üçün ödəniş xidməti istifadəçisinin xidmət aldığı banka müraciət etməsi kifayətdir. Bank müraciəti risk əsaslı yanaşma çərçivəsində qiymətləndirəcək.
Müştəri tərəfindən ödəniş kartından və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda mövcud məlumatlarla uyğunluq təşkil etdiyi və kartın qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda əlavə ödəniş kartlarının verilməsi mümkündür.
Assosiasiyadan bildirilib ki, yeni yanaşma hazırda istifadə olunan ödəniş kartlarının avtomatik bağlanmasını nəzərdə tutmur. Mövcud kartlardan onların etibarlılıq müddəti başa çatanadək və ya müştəri tərəfindən bağlanılanadək istifadə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB