Böyük Britaniyada ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilən Ferford aviabazası yaxınlığında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub. Bu barədə "Associated Press" yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
Məlumata görə, Britaniya polisi bazar günü partlayıcı maddə saxlamaqda şübhəli bilinən bir neçə kişini saxlayıb və hava bazasının yaxınlığında yerləşən evlərin sakinlərini təxliyə edib. Bazaya doğru hərəkət edən üç nəqliyyat vasitəsi şübhə doğurub. Onlar sonra terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs ediliblər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB