"Real"ın yarımmüdafiəçisi Orelyen Tçuameni Madrid təmsilçisinin Dortmund "Borussiya"sı ilə baş tutacaq Çempionlar Liqasının final matçını buraxacaq. SİA xəbər verir ki, bu barədə "Marca" məlumat verib.

ÇL-in yarımfinalının “Bayern” ilə cavab oyununda (2:1) xəsarət alan fransalı futbolçuya sol ayağına stress zədəsi diaqnozu qoyulub. Bu səbəbdən onun həlledici görüşdə iştirak etməyəcəyi dəqiqləşib. Fransız futbolçunun Çempionlar Liqasının finalına qədər sağalmağa vaxtı olmayacaq.

Həkimlər hazırda onu Avro-2024 üçün bərpa etməyə çalışırlar. Tçuameni Fransa millisinin turnir üçün heyətinə daxil edilib. Lakin iyunun 7-dək məşqçilərə siyahıda düzəlişlər etməyə icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə