ABŞ İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

ABŞ İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayıb.

"ABŞ İranın şimal-qərbində baş vermiş helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir. Biz İran xalqına dəstəyimizi bir daha təsdiqləyirik",- deyə bəyanatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə