Britni Spirsin yaxınları onun vəziyyətindən narahatdırlar...

Amerikalı müğənni Britni Spirsin yaxınları onun vəziyyətindən narahatdırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TMZ yayıb.

Mənbə Spirsə yaxın adamlara istinad edərək, pop ulduzun narkotik və alkoqol problemi olduğunu söyləyib. İddia edirlər ki, müğənni ona yazılan dərmanları qəbul etmir, əhval-ruhiyyənin dəyişməsi və ətrafdakılara zərər verən qəzəbdən əziyyət çəkir.

Spirsə yaxın olanların fikrincə, onun sevgilisi, cinayətkar Pol Soliz də ona pis təsir edir.

Müğənninin ailəsi etiraf edib ki, Spirsin atası şəxsi düşmənçiliyə görə daha onun himayəçisi ola bilməz.

Lakin 2021-ci ildə ulduzun qəyyumluğuna tamamilə xitam verməyi səhv hesab edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə