Latviya Prezidenti COP29-da iştirak edəcək

Latviya Prezidenti Edqars Rinkeviçs BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dayqa Mierina COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, COP29-da iştirak etmək üçün Latviya Prezidentinin də Azərbaycana səfər edəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə