Cənubi Koreyadakı Qlobal Forumda Bakı Şəffaflıq Platformasının əhəmiyyəti vurğulanıb - FOTOLAR

COP29 Sədrliyinin nümayəndəsi, Azərbaycan Xarici İşlər Nazirliyi idarə rəisinin müavini Şahin Şahyarov Cənubi Koreyanın İnçeon şəhərində COP29-un flaqman təşəbbüsü olan Bakı Qlobal Şəffaflıq Platformasının (BTP) dəstəyi ilə təşkil olunan Qlobal Şəffaflıq Forumunun yüksəksəviyyəli iclasında çıxış edib. SİA “X” sosial şəbəkəsindəki rəsmi COP29 hesabına istinadla xəbər verir ki, COP29-un nümayəndəsi Şahin Şahyarov BTP-nin Milli Şəffaflıq Hesabatlarının (BTR) hazırlanmasında ölkələrə dəstək verdiyini qeyd edib və qlobal iqlim şəffaflığının inkişafı üçün beynəlxalq təşkilatlarla əməkdaşlığa sadiqliyi bir daha təsdiqləyib.

Şahin Şahyarov çıxışında vurğulayıb ki, şəffaflıq iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması, adaptasiya və reallaşdırma vasitələri üzrə irəliləyişlərin qiymətləndirilməsi üçün əsasdır. O, etimad yaradır, iqlim siyasəti barədə məlumatlandırır və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığı təşviq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə