Putin Albaniyadakı səfiri vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Albaniyadakı səfiri Mixail Afanasyevin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Qeyd olunur ki, müvafiq fərman artıq hüquqi aktların saytında dərc olunub.

...Mixail Yuryeviç Afanasyev Rusiya Federasiyasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin, - sənəddə deyilir.

Bundan əvvəl Putin prezident administrasiyası rəhbərliyinə təyinatlar haqqında sərəncamlar imzalayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə