Blue Origin şirkəti turistləri kosmosa göndərib...

Milyarder Ceff Bezosa məxsus Blue Origin şirkəti iki illik fasilədən sonra kosmosa uğurla turist göndərib. New Shepard suborbital kosmik gəmisinin uçuşu şirkətin YouTube kanalında yayımlanıb. Onu onlayn rejimdə minlərlə insan izləyib.

SİA-nın əldə etdiyi məlumata görə, New Shepard təkrar istifadə edilə bilən kosmik gəminin buraxılışı Texasın Van Horn şəhəri yaxınlığında yerləşən Corn Ranch sahəsindən həyata keçirilib.

Astronavt heyətinə Mason Angel, Silvain Chiron, Ken Hess, Carol Schaller, Gopi Totakura və keçmiş Hərbi Hava Qüvvələri kapitanı Ed Dwiaht daxil edilib.
Altı sərnişini olan kapsul dəniz səviyyəsindən 100 km yüksəkliyə çatıb ki, bu da Yer atmosferi ilə kosmos arasında sərhəd hesab olunur.

Qeyd edək ki, bu uçuşun özəlliyi ondan ibarət idi ki, 90 yaşlı Duayt tarixdə kosmosa gedən ən yaşlı insan olub.

O, 1961-ci ildə prezident Con Kennedi tərəfindən ölkənin ilk qaradərili astronavt namizədi kimi seçilmişdi, lakin o vaxta qədər heç vaxt bu şansdan istifadə etməmişdi.

Onu da qeyd edək ki, bu, New Shepard-ın suborbital missiyasının 2022-ci ilin sentyabrında baş vermiş qəzadan sonra yeddinci ekipaj uçuşudur.

Yeri gəlmişkən, həmən hadisədən sonra Blue Origin şirkəti ABŞ Federal Aviasiya Administrasiyasının nəzarəti altında araşdırma aparıb və gəminin dizaynında 20-dən çox dəyişiklik edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə