Qadın "övladlığa" götürdüyü itdən qurtulmağın yolunu tapıb...

İti yaşadığı binanın 18-ci mərtəbədəki evinin pəncərəsindən həyətə tullayıb

Sankt-Peterburqda itini öldürdüyünə görə Krasnoselski rayon sakininə qarşı cinayət işi açılıb.

SİA “Fontanka”ya istinadən xəbər verir ki, flayer 18-ci mərtəbənin pəncərəsindən Mila adlı balaca itini atıb.

Sahibin sözlərinə görə, o, iti 2023-cü ilin payızında reklam vasitəsilə “övladlığa” götürüb. Lakin sonradan itə qulluq etməyin bu qədər çətin olduğunu görərək, ondan qurtulmağa çalışıb.

Beləliklə, itin hərəkətlərindən qəzəblənməyə başlayan peterburqlu qadın, dediyimiz kimi, iti “başından eləməyə” qərar verib.

Qadının dediyinə görə, daim hürən Mila, arabir qadına da diş atırmış. İt hətta evdəki təzə mebeli də yararsız hala salıb.

...İtin hərəkətlərindən bezən qadın onu “övladlıqdan da” silməyə qərar verib.

Bəs neyləməli?

Qadın ən yaxşı variant kimi, iti yaşadığı çoxmərtəbəli binanın pəncərəsindən atmaqda görüb.

...Və elə belə də edib.

Mila ölüb və onu uşaqlar evin yaxınlığındakı otların üstündə tapıblar.

Qadına faktla bağlı heyvanlara qarşı amansız davranma maddəsi ilə cinayət işi açılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə