Avropa Birliyi (AB) və Moldova bu ölkənin AB-yə üzvlüyü istiqamətində irəliləyişini təsdiqləyib. Brüsseldə keçirilən AB-Moldova Assosiasiya Şurasının 10-cu iclasında tərəflər rəsmi Kişineunun Avropaya inteqrasiyasının strateji məqsəd olaraq qaldığını vurğulayıblar.
İclasda Moldovanın AB qanunvericiliyinə uyğunlaşması, hüququn aliliyi, məhkəmə islahatları və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi irəliləyişlər müsbət qiymətləndirilib. AB ölkənin islahat öhdəliklərini yerinə yetirməsi çərçivəsində 18 islahatın tamamlanmasından sonra Moldovaya 157 milyon avro vəsait ayırıb. Bununla AB-nin İslahat və Artım Mexanizmi çərçivəsində Moldovaya göstərdiyi nəticəyə əsaslanan maliyyə dəstəyinin ümumi həcmi təxminən 661 milyon avroya çatıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB