Sürücü yol hərəkəti qaydalarını pozmadığı halda piyada qəza törədirsə, məsuliyyət necə müəyyən olunur? - EKSPERT DANIŞDI

Sürücü yol hərəkəti qaydalarını pozmadığı halda piyada qəza törədirsə, məsuliyyət necə müəyyən olunur? - EKSPERT DANIŞDI

"Yol-nəqliyyat hadisələri zamanı yalnız sürücünün məsuliyyət daşıması ilə bağlı bir anlayış olmamalıdır. Yol hərəkəti qaydalarında piyadaların da məsuliyyəti müəyyən edilib. Bu, birmənalıdır".

Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, əgər yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertizanın rəyi əsas götürülürsə və ekspert hadisənin piyadanın səhvi nəticəsində baş verdiyini müəyyənləşdirirsə, bu halda birbaşa sürücünün deyil, piyadanın məsuliyyəti müəyyən edilə bilər. Bu da sığorta şirkəti tərəfindən təsbit olunur. İstər mülkiyyət sığortası, istərsə də digər sığorta məsələləri olsun, burada müəyyən prosedurlar tətbiq edilir:

"Piyadalar da yol hərəkətinin iştirakçılarıdır. Yol hərəkətinin iştirakçısı olan istənilən şəxs yolda məsuliyyətli olmalı və öz məsuliyyətini dərk etməlidir. Bu baxımdan məsuliyyətdən kənar heç bir şəxs ola bilməz. Hər bir yol hərəkəti iştirakçısının məsuliyyəti var.

Əgər sürücü hesab edirsə ki, hadisədə onun günahı yoxdur və hadisə onun təqsiri olmadan baş verib, ilk növbədə aidiyyəti quruma müraciət etməlidir. Şikayətində öz mövqeyini əsaslandırmalı və bunu müvafiq formada aidiyyəti qurumun diqqətinə çatdırmalıdır. Məsələ bu qədər sadədir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə