“Iraqi Airways” İrana birbaşa uçuşları bərpa edir

“Iraqi Airways” İrana birbaşa uçuşları bərpa edir

İraqın milli aviadaşıyıcısı “Iraqi Airways” oktyabrın 8-dən İrana birbaşa uçuşları bərpa edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Anadolu” agentliyi aviaşirkətə istinadən məlumat yayıb.

Məlumata görə, uçuşlar gündəlik olaraq Nəcəf Beynəlxalq Hava Limanından Tehrana, Məşhədə və İsfahana həyata keçiriləcək.

Qeyd edək ki, “Iraqi Airways” İrana uçuşları ABŞ-ın İrana qarşı sanksiyaları fonunda dayandırmışdı. İraq sentyabrın sonunda ABŞ Maliyyə Nazirliyindən aviaşirkətin İrana uçuşlarını həyata keçirməsinə imkan verən xüsusi istisna əldə edib.

İraqın Nəqliyyat Nazirliyi uçuşların bərpasının tibbi müalicə, dini ziyarətlər, təhsil və digər mülki məqsədlər üçün iki ölkə arasında hava əlaqəsinin təmin edilməsinə xidmət edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə