Allanın vaxtilə səhnədən “çıxarmağa" çalışdığı müğənnilər...

Sovet və rus aktrisası Yelena Borzova müğənni Alla Puqaçovanın Larisa Dolina da daxil olmaqla, rəqib müğənniləri səhnədən “çıxarmaq” cəhdlərini xatırladıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “aif.ru” sitat gətirir.

Sənətçinin sözlərinə görə, “yuxarı” ilə əlaqələri bu işdə ona kömək edirmiş.

...Puqaçeva ondan pis oxumayan bir çox müğənniləri kənara itələyirdi. Xüsusən də sonradan xaricə gedən Aida Vedişevanı...

Bunu deyən Borzovanın sözlərinə görə,..amma Puqaçeva Larisa Dolinanı da səhnədən "çıxara" bilmədi.

Aktrisa ifaçının müğənni Laima Vaykuleyə münasibərindən də danışıb.

...Bizim səhnədə Puqaçovanın yanında olan digər müğənnilərə gəlincə, bəziləri Laima Vaykule kimi dostluq etməyi çox yaxşı bacarırlar. “Dost” sözünü dırnaq içərisində qoyuram, - deyə o, aydınlıq gətirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə