Putin müdafiə nazirinə yeni müavin təyin edib

Rusiya prezidenti Vladimir Putin yeni sərəncamı ilə Hesablama Palatasının auditoru Oleq Savelyevi müdafiə nazirinin müavini vəzifəsinə təyin edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, mayın 20-də RİA Novosti məlumat yayıb.

Verilən məlumata görə, hərbi idarənin yeni rəis müavini nazirliyin aparat rəhbəri olacaq.

Xatırladaq ki, bu günə qədər bu vəzifəni general-polkovnik Yuri Sadovenko tuturdu.

Prezidentin digər sərəncamı ilə o, tutduğu vəzifədən azad edilib.

...Bundan əvvəl prezident müdafiə naziri postuna baş nazirin keçmiş birinci müavini Andrey Belousovu təyin edib.

Dövlət başçısının izah etdiyi kimi, iqtisadçının hərbi idarə rəisi təyin edilməsi müdafiə və təhlükəsizlik xərclərinin artması ilə bağlıdır ki, bu il ÜDM-in təxminən 8,7 faizini təşkil edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə