Putin 2024-cü ildə 19-cu əsr miqyasında müharibə aparmağa çalışır...

Pentaqonun rəhbəri Lloyd Ostin “Ramşteyn” formatında Təmas Qrupunun iclasından sonra bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada 19-cu əsr miqyasında müharibə strategiyasından istifadə edir.

...Putinin qüvvələri Ukraynanın suveren ərazisini ələ keçirmək, kəndləri ələ keçirmək, günahsız mülki insanları öldürmək, bəndləri və elektrik stansiyalarını bombalamaq üçün yeni əməliyyatlara başlayıb.

Bunu deyən Ostinin sözlərinə görə, Kreml rəhbəri Ukraynanın çökəcəyinə, “Ramşteyn” qrupunun parçalanacağına ümid edir.

...Ancaq o, səhv edir. Putin 2024-cü ildə 19-cu əsr miqyasında müharibə aparmağa çalışır - bu, pis strategiyadır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da amerikalı hərbçi bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə