"Ərazilərimizə dəymiş ziyan sənədləşdirilməli və qiymətləndirilməlidir" - ŞƏRH EDİLDİ

"Ərazilərimizə dəymiş ziyan sənədləşdirilməli və qiymətləndirilməlidir" - ŞƏRH EDİLDİ

"İşğaldan azad edilmiş ərazilərin bərpası, orada tikinti-quruculuq işlərinin aparılması və həmin bölgələrin dirçəldilməsi Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir. Lakin bu ərazilərin təmizlənməsi və yenidən qurulması ilə işin başa çatdığını hesab etmək olmaz". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Media eksperti sözlərinə belə davam edib: "Eyni zamanda burada baş verən hadisələr və vurulmuş ziyan hərtərəfli şəkildə qeydə alınmalı və sənədləşdirilməlidir.

Toplanmış məlumatlar yalnız daxili araşdırmalarla məhdudlaşmamalı, beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi üçün müvafiq beynəlxalq qurumlara təqdim edilməlidir. Azərbaycan işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi və mümkün kompensasiya məsələsinin gündəmə gətirilməsi üçün ərazilərdə araşdırmalar aparmalı, faktları, sübutları və dəlilləri sistemli şəkildə toplamalıdır.

Bu sənədlərin, o cümlədən BMT və digər beynəlxalq qurumlara təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan dövləti və ictimaiyyəti bu məsələləri beynəlxalq platformalarda diqqətdə saxlamalı və dünya ictimaiyyətinə çatdırmalıdır.

İşğal dövründə yaşayış məntəqələrinə, dini və mədəni irsə, eləcə də digər obyektlərə dəymiş ziyanın miqyası sənədləşdirilməli və beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır. Bu faktların hüquqi qiymətləndirilməsi və dəymiş ziyanın kompensasiya edilməsi ilə bağlı məsələlərin beynəlxalq hüquq çərçivəsində araşdırılması üçün müvafiq mexanizmlərdən istifadə edilməlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə