“Mingəçevir Reqatası-2026"nın qalibləri mükafatlandırılıb

“Mingəçevir Reqatası-2026"nın qalibləri mükafatlandırılıb

“Mingəçevir Reqatası-2026"nın Füzulidə keçirilən mərhələsinin qalibləri mükafatlandırılıb.

SİA xəbər verir ki, turnirin ilk günündə 1 nəfərlik kanoe və kayakda 200 metr məsafəyə yarışlar keçirilib.

Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.

Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutub.

Mükafatları qaliblərə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Su İdmanı Federasiyasının rəhbəri Vüqar Əhmədov təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə