“Layihənin əsas məqsədi cəmiyyətdə ianə mədəniyyətinin təşviq edilməsidir” - RƏHMAN HACIYEV

““Qarabağın rəngləri” layihəsinin əsas məqsədi Qarabağın zəngin mədəni irsini, digər tərəfdən isə cəmiyyətdə ianə, xeyriyyəçilik mədəniyyətinin təşviq edilməsidir. Bu layihə çərçivəsində gənc rəssamlar tərəfindən 23 incəsənət əsəri yaradılıb”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

O bildirib ki, 23 incəsənət əsərinin hər biri layihənin xüsusi internet səhifəsində satışa çıxarılıb və bu əsərləri əldə etmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayət idi: "Artıq 23 əsərdən 22-i satılıb və fondumuza 85 minə yaxın vəsait ianə edilib. Bu vəsait Ağdamda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən Mədəniyyət Nazirliyinin sifarişi və Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə İmarət kompleksinin bərpasına yönləndiriləcək.

Zənnimcə, layihə cəmiyyətimizdə Qarabağ mövzusunun aktuallaşdırılması üçün gözəl bir imkan idi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə