Masallı sakini həmkəndlisini ov silahı ilə qətlə yetirib

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

SİA APA-ya istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Seymur Alışanovun həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

Bildirilib ki, hadisə şəxsi münaqişə zəminində baş verib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə