Qumarda uduzduğunu təxribat törətməklə ödəmək istəyib..?

...Sankt-Peterburqun Birinci Qərb Dairə Məhkəməsi hərbi akademiya kursantı Timur Kirsanovu dəmiryol relsindəki estafet kabinetini yandırmağa cəhd etdiyi üçün 8 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri şəhər məhkəmələrinin birgə mətbuat xidməti yayıb.

Məhkumun sözlərinə görə, o bunu borcları və qumar aludəçisi olduğu üçün edib.

Qeyd edək ki, gənc 2022-ci ildə Hərbi Bədən Tərbiyəsi İnstitutunda kursant olub. Təhsil aldığı müddətdə Kirsanov oyunlarla bağlı problemlər yaşamağa başlayıb.

Dostları və tanışlarına çoxlu borclar toplayıb.

Buna görə də təxribat törətmək qərarına gəlib.

...Mayın 12-nə keçən gecə gənc həlledici, poliuretan köpük, balta və alışqan götürüb və Lesni Prospekt ilə Aleksandr Matrosov küçəsi arasındakı dəmir yoluna getməyə qərar verib.

Ancaq o, rele kabinetinin qapısını aça bilməyib. Gənc, bu cəhdini rəhbərinə bildirib.

Növbəti gecə Kirsanov yenidən şkafın içərisinə girməyə çalışıb. Amma kilidlər dəyişdirilibmiş.

Polis onu yerindəcə saxlayıb.

Deyirəm, əgər yandırsaydı, görən nə qədər iş alardı..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə