5-ci əməliyyat uğurla keçdi

5-ci əməliyyat uğurla keçdi

Respublikamız müstəqillik əldə etdikdən sonra şəhiiyyəmiz, təhsilimiz, idmanımız günü-günündən inkişaf etməyə başladı. Saysız hesbasız, səhiyyə ocaqları, tibb sahələri, təhsil müəssələri, idaman qurğuları istifadəyə verildi. Paytaxtımız Bakı şəhərəində həyata vəsiqə qazanan yeni infrastrukturlar işləri daha da asanlaşdırır, insanların fəaliyyətində dinamizm yaradır. Son dövrlər Bakıda təsis edilmiş tibb ocaqları insanların sağlamlığı keşiyində, sözün əsl mənasında, şərəflə durur. 30 il bundan qabağ xəstələr müalicə üçün xarci dövlətlərə üzv tuturdularsa, indi xarici dövlətlərdən xəstələr ölkəmizə gəlir.

...Mən bir müəllimin həyat hekayəsindən danışmaq istəyirəm. Məmmədova Gülər Əliağa qızı Bakının Buzovna qəsəbəsindən anadan olub. 1974-ci ildə Azərbacan Pedaqoji Universetinin Azərbaycan dili və Ədəbiyyat fakultəsini bitirib. Universeti bitirdikdən sonra təyinatla Qusar rayonun Qaratoba kəndinə müəllim işləmək üçün göndərilib. 1 nömrəli məktəbdə Azərbaycan dilini tədris edib və sonra ailə həyatı quraraq Qərbi Azərəbaycanın Vartana kəndinə köçüb. 1974-ci ildən 1988-ci ilə qədər Beynəlmiləl orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı üzrə müəllim işləyib. Məktəbdə şagirdlər həm erməni və həm də azərbaycanlı olublar.

Gülər Məmmədova çalışıb ki, azərbaycanlı uşaqları yaxşı təhsil alsınlar, ali məktəbə qəbul olsunlar. Bakı və ermənilərin "Krovakan" adlandırdığı şəhərin arası 800 km olmasına baxmayaraq daim Vətən həsrəti ilə yaşayıb. Vartana kəndinin camaatı isə Gülər müəllimin bakılı olub, o kəndə müəllimə işləməsini yüksək qiymətləndiriblər, ona həmişə hörmətlə yanaşıblar.

1988-ci ildə Qarabağ hadisələri ilə əlaqədər olaraq noyabr ayının 27 sində ailəsi ilə birlikdə Quqark rayonun Hallavar kəndinə qaçıb canlarını ermənilərdən xilas ediblər.

Dekabr ayının 7-də isə dəhşətli zəlzələ baş verir, kənd sakinləri canlarını zorla qurtardıqları halda, ev-eşikləri uçub viran qalır. Gülər Məmmədova kənd camahatı birgə bu dəhşəti yaşadı, amma heç də qorxmadı. Dekabarın 18-də Azərbaycan dövləti həmin kəndin azərbaycanlı sakinlərinə kömək göstərmək məksədi ilə 100-ə qədər avtobus və yük maşını göndərdi. Dekabırın 14-də onlar Qazax rayonuna çatdılar. Qazax rayonunda onları qohum-əqrəba qarşıladı. Gülər müəllimə doğulduğu Buzovna qəsəbəsinə pənah gətirdi. Döğmalarına sağ-salamat qovuşduqlarına görə, sevincinin həddi hüdudu yox idi.

1989-ci ilin avqust ayında Gülər xanım Xətai rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Rövşən Əliyev adına tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi götürüldü. Məktəbdə işlədiyi müddətdə savadı, bacarığı və şəxsi keyfiyyətləri ilə müəllimlərin və valdeyinlərin hörmətin qazandı. YAP-ın üzvü, 20 ildən çox Seçki Məntəqəsinin sədri oldu, müəllimlərin sertifikasiya imtahanlarında yüksək bal topladı, yetişdirdiyi şagirdlər müxtəlif ali məkətblər qəbul olundu. Onu ərazidə yaşayan valdeyinlər yaxşı tanıyırlar.

Neyrocərrah Pərvin Mirzəliyev

Hər şey təqaüdə çıxandan sonra başladı, sağlamlığında ciddi dəyişiklik baş verdi, xəstəliklər üst-üstə gəldi. Bir faktı söyləyim ki, Gülər müəllimə 5-ci dəfə əməliyyat masasından iki gün öncə qalxdı. Hazırda "Saf" Hospitalında başından cərahi əməliyyatı olunub. Bu mürəkəb əməliyyatlardan çıxmasına baxmayaraq, özünü gümrah tutmağa çalışır, yaşamaq ümidini itirmir. "Səhhətin necədir", sualına, "Belə həkimlərin olduğu yerdə səhiyətim necə olar, əla".

Qeyd edək ki, Gülər müəllimi əməlliyat edən neyrocərrah Pərvin Mirzəliyev tanınmış mütəxəssislərdəndir, öz peşəsinin dərin bilicisidir. Gülər xanım da insanların sağlamlığı keşiyində dayanan Pərvin həkimə öz təşəkürünü bildirdi. Həkim Aytən Məmmədovaya da minnətdarlıq düşür. Gülər Məmmədova və ailəsi cərrahi əməlliyatdan razı olduğunu bildirdi.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə