Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Babayev sentyabrın 29-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

SİA xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Hacıbaba Babayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə