"Azərbaycan öz siyasi və hərbi imkanlarını möhkəmləndirməkdə davam edir" - ŞƏRH

"Azərbaycan öz siyasi və hərbi imkanlarını möhkəmləndirməkdə davam edir" - ŞƏRH

"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı müəyyən məqsədlər çərçivəsində regional siyasi təzyiqlər və təhdidedici addımlar atılır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, son beş il ərzində biz bu təhdidlərin müxtəlif formalarda şahidi olmuşuq. Buna görə də Azərbaycan tərəfi adekvat addımlar atır, milli maraqlarını və təhlükəsizliyini gücləndirmək istiqamətində siyasət həyata keçirir:

"Cənab Prezident Yaponiyada keçirilən qurultayda ölkənin regional mövqeyi və Azərbaycana qarşı təhdidlərlə bağlı məsələlərə toxunaraq, Azərbaycanın da öz strateji planlarının olduğunu vurğuladı.

Bu gün Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mühüm qovşağına çevrilib. Eyni zamanda, ölkəmiz regional iqtisadi və geosiyasi nizamın formalaşmasına da töhfə verir. Azərbaycanın coğrafi mövqeyi Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən siyasətin həyata keçirilməsinə imkan yaradır.

Məhz Azərbaycanın müstəqil siyasəti bir sıra ölkələri narahat edir və ölkəmizə qarşı ideoloji, informasiya, sosial-psixoloji və digər istiqamətlərdə təzyiqlər və təhdidlər həyata keçirilir.

Bu gün Azərbaycan informasiya məkanında və regional müstəvidə öz mövqeyini kifayət qədər gücləndirib. Ölkəmiz siyasi, təhlükəsizlik və hərbi sahələrdə öz imkanlarını möhkəmləndirir, bu istiqamətlərdə məqsədyönlü siyasət həyata keçirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə