"Avtonəqliyyat vasitələri ümumilikdə hərəkət sisteminə aid edilir. Bu sistemdə müxtəlif vasitələr nəqliyyatın təhlükəsizliyinə, texniki parametrlərinə və manevr imkanlarına müəyyən təsir göstərə bilir".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, adi şəraitdə nəqliyyat vasitəsini insan idarə etdikdə sürücünün reaksiya verməsi müəyyən vaxt tələb edir. Sürücü maneəni görməli, onun məsafəsini müəyyənləşdirməli və həmin anda nəqliyyat vasitəsini dayandırmaq və ya istiqamətini dəyişmək üçün müvafiq qərar verməlidir. Bütün bunlar insan beyninin fəaliyyəti və reaksiya sürəti ilə bağlıdır:
"Lakin avtonəqliyyat vasitələrinin avtopilot sistemləri ilə idarə olunması məsələsinə fərqli yanaşmaq lazımdır. Bu gün avtopilot sistemləri, xüsusilə uzun məsafəli yollarda müəyyən üstünlüklər yarada bilər. Amma şəhər daxilində, xüsusən də hərəkətin intensiv olduğu və maneələrin çox olduğu ərazilərdə bu sistemlərin tətbiqi müəyyən çətinliklər yaradır. Belə şəraitdə avtopilotun hərəkət şəraitinə uyğun olmayan qərarlar verməsi qəza riskini artıra bilər.
Məhz bu kimi amillər nəqliyyat vasitələrinin idarə olunmasında təhlükəsizliyin əsas şərtlərindən biri hesab olunur. Eyni zamanda, bu amillər nəqliyyatın səmərəliliyinə, dayanıqlılığına və ümumi nəqliyyat axınına da müəyyən təsir göstərir.
Beləliklə, ilk növbədə, söhbət yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından və hərəkət təhlükəsizliyinin təmin edilməsindən gedir. Bu amil gələcəkdə də nəqliyyat vasitələrinin idarə olunmasında mühüm rol oynamağa davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB