Yığım edən şəxs pulunu manatla saxlamalı, xarici valyutaya çevirməli, yoxsa bankda yerləşdirməlidir? - İQTİSADÇI DANIŞDI

Yığım edən şəxs pulunu manatla saxlamalı, xarici valyutaya çevirməli, yoxsa bankda yerləşdirməlidir? - İQTİSADÇI DANIŞDI

"İndiki dövrdə yığımları bankda, manatla və ya xarici valyutada depozit şəklində yerləşdirmək daha məqsədəuyğundur".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə,insan pul yığırsa, həmin vəsaiti evdə boş saxlamaqdansa, müəyyən gəlir əldə edə biləcəyi yerə yatırması daha sərfəlidir. Əlbəttə, burada əsas məsələ yığımın hansı müddətə nəzərdə tutulması və hansı valyutada saxlanılmasıdır:

"Hazırda milli valyutada illik 12 faizədək, xarici valyutada isə 2,5 faizədək gəlirliliklə yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq qorunur. Kompensasiya hər bir əmanətçi üzrə bir bankda 100 min manatadək ödənilir.

Bu baxımdan, pulu evdə saxlamaqdansa, bankda yerləşdirərək manatla 10–11 faiz, xarici valyutada isə 2–3 faiz gəlir əldə etmək daha məqsədəuyğun ola bilər. Əlbəttə, seçim insanın məqsədindən, yığım müddətindən və gələcəkdə həmin vəsaitə nə vaxt ehtiyac duyacağından asılıdır.

Digər tərəfdən, riskləri də nəzərə almaq lazımdır. Bütün vəsaiti yalnız bir valyutada saxlamaq özü də müəyyən risk yaradır. Buna görə də yığımları müxtəlif valyutalar arasında bölüşdürmək və maliyyə risklərini mümkün qədər azaltmaq daha düzgün yanaşmadır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə