“Balıqçılıq idman növündə beynəlxalq yarışlar keçiriləcək”

“Balıqçılıq idman növündə beynəlxalq yarışlar keçiriləcək”

“Federasiyamızın adı dəyişərək Azərbaycan Su İdmanı Federasiyası olub”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Su İdmanı Federasiyasının mətbuat katibi Vüsal Qurbanov Füzulidə Köndələnçay Su Anbarında keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, federasiyanın tərkibinə qatılan yeni iki idman növlərindən biri yelkən və balıqçılıqdır: “Bu iki idman növündə də yarışlar artıq keçirilir. Yelkən idman növü üzrə keçirilən eçmpionatda Türkiyədən olan idmançılarda iştirak edirdi. Balıqçılıq üzrə isə iki yarış keçirilib. İnsanların xeyli sayda marağına səbəb olub. Balıqçılıq üzrə beynəlxalq yarışlarımız keçiriləcək. Bu il ərzində 20-dək beynəlxalq yarışlarda 41 medal qazanıblar”.

Qurbanov eyni zamanda federasiyanın rəsmi veb saytında olan yeniliklərindən söz açıb: “
Federasiyamızın saytında yeniliklər var. Burada bütün sosial şəbəkələrimiz öz əksini tapır”.

Qeyd edəki, “Mingəçevir Reqatası 2026” Füzulidə Köndələnçay su anbarında start götürüb. Oktyabrın 1-dək davam edəcək reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 4 medal qazanıblar: Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə