Hərbçilərin pensiya təminatında dəyişikliklər təklif olunur -QURUMDAN AÇIQLAMA

Hərbçilərin pensiya təminatında dəyişikliklər təklif olunur -QURUMDAN AÇIQLAMA

Hərbçilərin pensiya təminatında dəyişikliklər təklif olunur.

SİA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yeni islahat tədbirləri çərçivəsində hərbi qulluqçuların pensiya təminatı mexanizminin dəyişdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqənin aradan qaldırılması, pensiyanın fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi əsasında hesablanması təklif edilir.

Bildirilib ki, aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq. Həmçinin hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddinin həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən edilməsi nəzərdə tutulur.

Yeni mexanizm hərbçilərin pensiya təyinatının elektron qaydada, hər hansı ünvana getmədən həyata keçirilməsinə imkan verəcək.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə