Qarabağ Universitetindən RƏSMİ AÇIQLAMA

Qarabağ Universitetindən  RƏSMİ AÇIQLAMA

Cinayət əməlinə görə həbs edilmiş Faiq Məmmədovun guya Qarabağ Universitetində idman müəllimi işləməsi ilə bağlı bəzi media orqanlarında məlumat dərc olunub. SİA-ya Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün onlayn mediada cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.

Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda universitetin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edirik.

Anlayışınız və əməkdaşlığınız üçün təşəkkür edirik.

SİA

Bütün xəbərlər Facebook səhifəmizdə