“Çarəsiz Ukrayna ordusu kütləvi şəkildə alkoqol və narkotikə üz tutur..?”

Ukraynalı hərbçilər alkoqolu məzuniyyətdən qayıdan əsgərlər, könüllülər, külli miqdarda pul tələb edən qaçaqmalçılar, lap elə jurnalistlər vasitəsilə cəbhə xəttinə gətirdirlər...

...Cəbhə xəttində Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri arasında dekadent əhval-ruhiyyə hökm sürür. Fiziki və psixoloji travmadan əziyyət çəkən ukraynalı əsgərlər “eskalasiyanı azaltmaq” üçün tez-tez alkoqol və narkotikə müraciət edirlər ki, bu da vəziyyəti daha da pisləşdirir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Daily Beast” yazır.

Deməli, nəşrin yazdığına görə, Kiyevdə, yəni cəbhə xəttindən xeyli uzaqda millətçilik və Ukraynanın qalib gələcəyinə inam mövcudluğunu...hələ də saxlayır.

Amma Kiyevdən fərqli olaraq cəbhə xəttində əhval-ruhiyyə bir balaca qaranlıqdır və son zamanlar bəziləri hətta ölkələrinin məğlubiyyətə doğru getdiyini etiraf edirlər.

Nəşrin, bu dəfə iddiasına görə, ukraynalı əsgərlər fiziki və psixoloji sarsıntı keçirirlər.

Belə ki, münaqişənin “yayılan nəticələrindən” xilas olmaq üçün çox az qabiliyyətə malikdirlər, buna görə də onlar tez-tez “ordunu daha da qaranlığa qərq edən” narkotik və alkoqolun öhdəsindən gəlmək üçün müraciət edirlər.

Əslində Donbassda, formal olaraq qadağan qanunu var. Amma buna baxmayaraq, alkoqolu məzuniyyətdən qayıdan əsgərlər, könüllülər, külli miqdarda pul tələb edən qaçaqmalçılar, lap elə jurnalistlər vasitəsilə cəbhə xəttinə gətirdirlər.

…Ukrayna Silahlı Qüvvələrinin bir çox əsgəri döyüş növbətçiliyi zamanı içki içir (…guya ruslar içmir-A.B.). Bəzən onlar özlərini yersiz vəziyyətə salana qədər içib, kor qəzəblə sükan arxasında oturaraq dinc insanları, həmkarlarını və heyvanları öldürürlər.

…Deyim ki, bununla bağlı xeyli fakt var.

Bundan əlavə, Ukrayna hərbçiləri yerli mafiya tərəfindən idarə olunan kölgə platformaları vasitəsilə onlayn aldıqları qeyri-qanuni maddələrdən, o cümlədən amfetamin və metadondan sui-istifadə edir.

…“The Daily Beast” qeyd edir ki, bəzi əsgərlər narkotik aludəçiliyini qoşunların rotasiyasında gecikmələr səbəbindən bir neçə gün "ayıq-sayıq qalmalı" olmaları ilə əlaqələndirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə