Rəcəb Tayyib Ərdoğan Məhəmməd Moxberlə telefonla danışıb

Mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxber ilə telefonla danışıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın təyyarə qəzasında həlak olması ilə bağlı bir daha başsağlığı verib.

"Türk xalqı İran xalqının kədərini bölüşür. Türkiyə bundan sonra da İranla mehriban qonşuluq və dostluq prinsiplərinə sadiq qalacaq", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə