Rassell ən yaxşı nəticəni göstərərək hər iki sessiyada yarışı lider kimi başa vurub - FORMULA 1

Rassell ən yaxşı nəticəni göstərərək  hər iki sessiyada yarışı lider kimi başa vurub - FORMULA 1

“Mercedes” komandasının pilotu Corc Rassell Bakıda keçirilən Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə də ən yaxşı nəticəni göstərərək hər iki sessiyada lider kimi başa vurub.

SİA xəbər verir ki, Rassell 1:43.347 saniyəlik dövrə ilə komanda yoldaşı Kimi Antonellini 0,552 saniyə ilə geridə qoyub. Antonelli isə mühərrik dəyişdirildikdən sonra sessiyanın böyük hissəsini qarajda keçirməli olub. “Mercedes” bu qərarı ilk sərbəst yürüşdə yaranan hidravlik problemindən sonra verib.

Azərbaycan Qran-prisi – 2-ci sərbəst yürüşün nəticələri :

1. Corc Rassell – Mercedes – 1:43.347
2. Kimi Antonelli – Mercedes – 1:43.899 (+0.552)
3. Maks Ferstappen – Red Bull – 1:44.174 (+0.827)
4. Şarl Lekler – Ferrari – 1:44.473 (+1.126)
5. Lyuis Hemilton – Ferrari – 1:44.665 (+1.318)
6. Lando Norris – McLaren – 1:44.831 (+1.484)
7. Pyer Qasli – Alpine – 1:44.843 (+1.496)
8. Oskar Piastri – McLaren – 1:44.857 (+1.510)
9. Ayzek Hadjar – Red Bull – 1:44.868 (+1.521)
10. Esteban Okon – Haas – 1:45.290 (+1.943)

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə