"Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəyə göstərilən etimadı əks etdirir" - DEPUTAT DANIŞDI

"Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəyə göstərilən etimadı əks etdirir" - DEPUTAT DANIŞDI

"Azərbaycan zaman-zaman müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizin belə tədbirlərin keçirilməsində iştirak etməsi və onlara ev sahibliyi etməsi mühüm əhəmiyyət daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə mövqeyini qoruyur və dünyada beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkələrdən biri kimi çıxış edi:

" Bu, həm Azərbaycanın imkanlarının və gücünün, həm də beynəlxalq arenada sözünün və nüfuzunun göstəricisi kimi qiymətləndirilə bilər.

Bu baxımdan ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi mühüm məsuliyyət olmaqla yanaşı, Azərbaycana göstərilən etimadın da ifadəsidir. Dünyada ciddi təhlükəsizlik çağırışlarının və müxtəlif problemlərin yaşandığı bir dövrdə təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan üçün də təhlükəsizlik məsələsi əsas prioritetlərdən biridir. Bu baxımdan ölkəmizdə təhlükəsizliklə bağlı beynəlxalq tədbirlərin keçirilməsi həm aktual məsələlərin müzakirəsi, həm də müxtəlif ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə