Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır - HAVA

Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır - HAVA

Sentyabrın 25- nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.

Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 millimetrədək qeydə alınır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 metrə çatır.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə