“İnvestorlar üçün sabit və proqnozlaşdırılan mühit vacibdir” -MİKAYIL CABBAROV
İnvestorların ölkəyə daxil olarkən mövcud olan şərtlərin gələcəkdə də qorunacağına əmin olması vacibdir.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, siyasi və makroiqtisadi mühit investisiya qərarlarının formalaşmasında mühüm rol oynayır.
“Biz qəti şəkildə hesab edirik ki, investorlar ölkəyə daxil olduqları zaman mövcud olan şərtlərin gələcəkdə də qorunacağına əmin olmalıdırlar”, - deyə Mikayıl Cabbarov qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanın daxili siyasi sabitliyi, müsbət iqtisadi göstəriciləri, nisbətən aşağı dövlət borcu, əhəmiyyətli maliyyə ehtiyatları və proqnozlaşdırılan siyasət yürütməsi investorlar üçün möhkəm baza yaradır.
Mikayıl Cabbarov vurğulayıb ki, etimadın formalaşması uzunmüddətli razılaşmaların icrası və yaradılan investisiya mühitinin davamlılığı ilə sıx bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB