“Azərbaycanın ümumi ixracı 20 ildə 1 milyard dollardan 25,5 milyard dollara yüksəlib” -VALERİO DE MOLLI

“Azərbaycanın ümumi ixracı 20 ildə 1 milyard dollardan 25,5 milyard dollara yüksəlib” -VALERİO DE MOLLI

Azərbaycanın ümumi ixracı 20 ildə 1 milyard dollardan 25,5 milyard dollara yüksəlib

SİA xəbər verir ki, bunu “The European House – Ambrosetti & TEHA Group”un CEO-su və idarəedici tərəfdaşı VALERİO DE MOLLI deyib.

O bildirib ki, Azərbaycanda elmi tədqiqatların artımı, yüksək texnologiyalı məhsulların ixracı və ümumi ixracın sektorlar üzrə diversifikasiyası istiqamətində mühüm dinamika müşahidə olunur.

VALERİO DE MOLLI qeyd edib ki, elmi tədqiqatların artımında xüsusilə son üç ildə sürətlənmə qeydə alınıb. Onun sözlərinə görə, neft və qaz hazırda Azərbaycanın ümumi ixracının təxminən 80 faizini təşkil etsə də, qeyri-neft ixracında əhəmiyyətli artım var.

“Son mövcud statistikaya əsasən, Azərbaycanın ümumi ixracı 25,5 milyard dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, 20 il əvvəl bu göstərici cəmi 1 milyard dollar idi”, – deyə VALERİO DE MOLLI bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə