“Silahın necə atəş açdığını bilmirəm”

Amerikalı aktyor Alek Balduinin baş rolda oynadığı “Rust” filminin çəkilişləri zamanı açdığı silahdan çıxan güllə quruluşçu rejissoru Halyna Hatçins və rejissor Coel Souzaya dəymişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Halyna Hutchins hadisə yerində ölüb, Coel Souza isə çiynindən xəsarət alıb.

Oktyabrın 22-də baş verən hadisədən sonra Alek Bolduin ilk müsahibəsini verdi. ABC News-a danışan aktyor ağlaya-ağlaya, “Mən heç tətiyə də toxunmadım. Silahın necə atəş açdığını bilmirəm. Kimsə silaha çəkiliş meydançasında belə olmayan bir güllə qoyub" dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə