Məşhur maneken Tülin Şahin keçmiş sevgilisi, qızı Leyla Sienanın atası və portuqaliyalı iş adamı Pedro de Noronhaya qarşı ciddi ittihamlar irəli sürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Leylanı fidyə üçün qaçıracağını iddia edib.

Noronha, məhkəmənin qərarına baxmayaraq qızını göstərməyən manekenə qarşı da 6 ay məcburi həbs cəzası istəyib. Tülin Şahinin vəkili dünən verdiyi açıqlamada Noronhanın iddialarının əsassız olduğunu və məhkəmənin davam etdiyini bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə