Cütlüklərdən radikal qərar - FOTOLAR

Dörd ildir xoşbəxt evlilikləri olan aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit bu il fərqli seriallarla izləyicilərin qarşısına çıxacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur cütlük 2,5 yaşındakı oğlu Karan Özçivit üçün diqqətəlayiq bir qərar verib.

Burak Özçivit "Kurtuluş Osman"ın yeni sezonu ilə ekranda olacaq. Həyat yoldaşı Fahriye Evcen isə uzun müddət sonra "Alparslan" serialı ilə çəkilişlərə qayıdır.

Dövr layihəsi ilə görünəcək 35 yaşındakı gözəl aktrisa, “Ekranda olmaq üçün çox darıxdım. Demək olar ki, çəkilişlərə getmək vaxtıdır" dedi.

Burak Özçivit isə jurnalistlərin "İkiniz çəkilişdə olarkən oğlunuz Karana kim baxacaq?" sualına cavab verdi.

Yoğun bir çəkiliş dövrünə girəcək olan cütlüyün, bu açıqlamaya baxmayaraq, 2,5 yaşındakı oğlu Karan Özçivit üçün başqa bir dayə tutduqları öyrənildi. Karana baxacaq ikinci dayənin aylıq maaşı min dollardır (təxminən 8 min 500 TL).

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə