“Tiffany”-nin 30 milyon dollarlıq brilyantının yeni siması olan Beyons, bu zinət əşyasının köləlik sistemi vasitəsi ilə əldə edildiyini biləndə kədərdən çöküb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən böyük zərgərlik şirkətlərindən olan “Tiffany & Co”-nun 128,54 karatlıq sarı almazının reklam siması müğənni Beyons böyük reaksiya alıb. 30 milyon dollarlıq brilyantı tanıdan ilk qaradərili qadın və dördüncü ulduz Beyons köləliyi dəstəkləməkdə günahlandırılır. 1961-ci ildə "Tiffany's Breakfast" filmindən sonra məşhurlaşan zərgər "qanlı almaz" adı ilə məşhurdur.
1444 İŞÇİ ÖLDÜ
Bunun səbəbi, almazın 1877-ci ildə Cənubi Afrikadakı bir mədəndən qul olan işçilər tərəfindən çıxarıldığıdır. O illərdə bölgədə işləyən 1444 işçi pis şərtlər səbəbindən ölüb. İddialara görə, Beyons almazın keçmişindən xəbəri olmadığı üçün çox məyus olduğunu bildirib. Beyonsun anası da etirazçıları "saxta fəallar" olmaqda günahlandırıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB