"Money, Money, Money" mahnısı ilə məşhur olan İsveç musiqi qrupu ABBA 39 illik fasilədən sonra geri dönür. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar yeni mahnılarını gələn cümə günü təqdim edəcəklər.

Onlar holoqram texnologiyası olan "ABBA Voyage" adlı yeni performanslarını təqdim edəcəklər. Azarkeşlər gənclik illərindən etibarən ABBA üzvlərinin yeni mahnılarını dinləyə biləcəklər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə