Dünya şöhrətli model Rosie Huntington-Whiteley sosial media hesabında aktrisa sevgilisi Jason Stathamdan körpə gözlədiklərini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ingilis model Rosie Huntington-Whiteley Jason Statham ilə ikinci övladlarını gözlədiklərini İnstaqramda elan edib.

Aktrisa aynanın qarşısında selfi çəkdirərək sosial medai hesabında paylaşıb. 34 yaşlı məşhur modelin qarnını burnu ilə görən dostları və pərəstişkarları təbrik şərhləri yazıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə