Türk müğənni Hande Yener, dünən axşam qatıldığı mükafat mərasimində kameralara yansıyıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, son həftələrdə konsert verən Hande Yener geydiyi cəsarətli geyimi ilə mübahisə yaradıb.
Bəzi pərəstişkarları geyimi çox açıq gördü, digərləri isə Hande Yenerə uyğun olduğunu iddia etdi. Aldığı tənqidlərdən sonra Hande Yener "Daha da açığını geyinəcəyəm" deyib və qatıldığı mükafat mərasimində çox cəsarətli bir seçim edib.
Yener çimərlik geyimi tipli paltarının üstünə qara bir tül atıb. Ayaqqabı və çanta seçimində də iddialı olan Yener qırmızı xalçada mətbuat üçün pozlar verib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB