Türkiyə Sosial Təhlükəsizlik Təşkilatı, 10 il əvvəl, 2017-ci ildə silahlı hücum nəticəsində ağır yaralanan müğənni İbrahim Tatlısesi təqaüdçü elan etmişdi. 3 min 119 lirə maaş alan İbrahim Tatlıses böyük bir şok yaşayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Sosial Təhlükəsizlik Təşkilatı müğənninin maaşını kəsib.

Tatlıses, 2011-ci ilin mart ayında İstanbul Maslakında aparıcısı olduğu proqramın çəkilişlərindən sonra Abdullah Uçmakın adamları tərəfindən hücuma məruz qalmışdı. Öz avtomobilində başına dəyən uzun lüləli silahdan açılan güllədən ağır yaralanan sənətçi illərlə davam edən müalicə prosesinə başlamışdı.

Almaniya, Türkiyə və ABŞ-da çoxsaylı cərrahi əməliyyatlar keçirən Tatlıses, 2017-ci ilin iyun ayında bədənində olan zədə səbəbi ilə "əlillik təqaüdü" üçün müraciət etmişdi.

İzmir Sosial Təhlükəsizlik Təşkilatına edilən müraciətdən sonra lazımlı sağlamlıq hesabatları istənilib və Tatlıses təqaüdə çıxıb. Ancaq son bir neçə ayda bir sürətli inkişaf baş verib.

Türk qanunvericiliyində "iş qabiliyyətinin itirilməsi" olaraq adlandırılan əlillik pensiyası çərçivəsində dörd il maaş alan sənətçinin bu haqqı geri alınıb.

"İbo Şou" proqramının izləyicilərlə görüşü ilə Sosial Təhlükəsizlik Təşkilatı, 69 yaşındakı məşhur müğənninin "yenidən işləməyə" başladığı səbəbi ilə təqaüdünü kəsib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə